BURADA REKLAMINIZ OLA
BİLƏR

Erməni jurnalist: “Bakıda bir nəfər yəhudi olduğunu dedi, sonra “erməniyəm” söylədi”

“Görüşlərimizdən birində buna qədər özünü yəhudi kimi təqdim edən şəxslərdən biri təklikdə söhbətimiz zamanı milliyətcə erməni olduğunu etiraf etdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Bakıda səfərdə olmuş erməni jurnalistlərdən biri – Artyom Yerkanyan “Azadlıq radiosu”nun Ermənistan xidmətinə açıqlamasında deyib.

 

Jurnalist həmçinin, Bakıda 30 min erməni milliyətindən olan şəxsin yaşamasına şübhə edərək, onların sayının dəfələrlə az olduğunu iddia edib.

 

Xatırlatma: “Şant” televiziyasının aparıcısı Artyom Yerkanyan, “Mediamaks” agentliyinin baş redaktoru David Alaverdyan və qondarma Qarabağ rejiminin “İctimai Televiziyası”nın əməkdaşı Edqar Elbakyan noyabrın 17-21-i tarixlərində Azərbaycana səfər ediblər. Eyni tarixlərdə azərbaycanlı jurnalistlər də Ermənistan və Qarabağda olub.Modern.az

Tarix: 26 Noyabr 2019, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin