BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bunu etmədən İran-Azərbaycan münasibətlərinin normallaşmasını gözləmək mümkün deyil” - Elxan Şahinoğlu

“Prezident İlham Əliyev bugünkü çıxışında İran və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı mövqeyini daha konkret şəkildə izah etdi. Birincisi, İranın bundan əvvəlki 3 prezidenti ilə normal işlədiyini və heç zaman münasibətlərin indiki kimi gərginləşmədiyini deyən İlham Əliyev Tehranın hədələrinə adekvat cavab veriləcəyini, sərhəddə hərbi təlimlərə hərbi təlimlərlə cavab verəcəyini bildirdi. Bununla İlham Əliyev İranın hazırki prezidenti İbrahim Rəisinin siyasətindən narazı qaldığını və onun normal münasibətlərin üstündən xətt çəkdiyini anlatdı. İkincisi, “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir” deyən İlham Əliyev Tehranla münasibətlərin gələcək istiqamətini göstərdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlunun sözlərinə görə, Tehranın Azərbaycanla münasibətlərinin normallaşdırması az olacaq, İranda yaşayan azərbaycanlıların hüquq və azadlıqları, ana dilində tədrisi təmin etməlidir: “Bunu etmədən İran-Azərbaycan münasibətlərinin normallaşmasını gözləmək mümkün deyil. İndiki Tehran rejimisi isə bunların heç birini etməyəcək”.

 

Kənan

Tarix: 25 Noyabr 2022, 15:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin