BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Geosiyasi vəziyyət Azərbaycana ciddi üstünlüklər verir”

“Paşinyanın Fransanı danışıqların tərəfinə çevirmək istəyi sülh prosesinə ziyan vurmaqla yanaşı, Avropa Birliyi kimi vacib, hər iki ölkə ilə imzalanmış sənədlərlə münasibəti, danışıqlar aparmaq səlahiyyəti, imkanları olan qurumu da gözdən, nüfuzdan salır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, Azərbaycan XİN-nin, diplomatiyasının üzərinə ciddi iş düşür: “Bütün “de-facto” və “de-jure” ittifaqları işə salaraq dünya siyasətində Ermənistanın Rusiyanın təkidi ilə sülh danışıqlarını pozmaq cəhdini, Moskvanın bölgədə yeganə moderator, “hakimi-mütləq” olmaq istəyini İrəvan vasitəsi ilə həyata keçirdiyini və Fransanın, Makronun da faktiki olaraq Rusiyanın, Putinin əlinə, marağına oynadığını hər gün hər bir müstəvidə, nüfuzlu media qurumlarında dilə gətirmək lazımdır. İndiki geosiyasi vəziyyət Azərbaycana ciddi üstünlüklər verir – Qərbin iki əzəli düşmənindən Rusiya və İran Ermənistanın müttəfiqləri qismində çıxış edirlər, Fransa isə Kremlin maraqlarına uyğun Avropa Birliyi və Vaşinqtonun sülh səylərini pozmaqla məşğuldur. Bütün tribunalardan istifadə edilməli, bu tezislər dünya siyasətinin gündəliyinə salınmalıdır...”

 

Kənan

Tarix: 25 Noyabr 2022, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin