“Belarus Prezidenti Aleksandr Lukaşenko “Rusiya çökərsə, keçmiş SSRİ respublikaları onun qalıqları altında qalacaq” dedikdə, yəqin ki, hər şeydən əvvəl Belarusu, post-sovet ölkələri arasında öz dövlətini qura bilməyən, müstəqil siyasət apara bilməyən və iqtisadi cəhətdən suverenliyini təmin edə bilməyən bəzi ölkələri nəzərdə tutur. Düşünmürəm ki, Rusiya çökərsə, Azərbaycan onun qalıqları altında qalar. Azərbaycan artıq həm iqtisadi, həm təhlükəsizlik baxımından kifayət qədər öz-özünü təmin etmiş, eyni zamanda siyasi cəhətdən beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmuş, oturuşmuş dövlətdir. Rusiya ilə iqtisadi əlaqələrdə müvəqqəti olaraq müəyyən problemlər yaşana bilər. Lakin biz Rusiyadan o səviyyədə asılı dövlət deyilik”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, istər region ölkələri arasında, istər daha qlobal səviyyədə, türk dövlətləri timsalında, son dövrlər inteqrasiya yolunu tutmuş Türk Dövlətləri Təşkilatında, eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın ətrafında kifayət qədər çox dostları var: “Bütün bunlar imkan verir ki, Azərbaycan həm təhlükəsizliyini, həm də iqtisadi baxımdan özü-özünü təmin etsin. Bu baxımdan Lukaşenkonun fikirləri ilə qəti şəkildə razı deyiləm. Sözün açığı, Rusiyanın yaxın zamanlarda çökəcəyini gözləmirəm. Doğrudur, Rusiya iqtisadi baxımdan çökdürülmək üzrədir, maliyyə cəhətdən xeyli itkilərlə qarşılaşıb. Beynəlxalq birlik, Qərb ölkələri tərəfindən tətbiq olunmuş çoxsaylı iqtisadi maliyyə sanksiyaları, şübhəsiz, Rusiyanın zəiflədilməsinə yönəlmiş addımlardır. Lakin Rusiyanın tamamilə çökdürüləcəyinə inanmıram. Çünki Rusiyanın tamamilə parçalanmasına qlobal güclər belə maraqlı deyillər. Daha ağlabatandır ki, ola bilsin, yaxın gələcəkdə Rusiyanın siyasi sistemində müəyyən dəyişikliklər baş versin. Bu da Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılıdır. Yaxın zamanlarda beynəlxalq birlik tərəfindən Ukraynaya daha intensiv dəstək olarsa, hesab edirəm, müharibənin başa çatmasını gözləmək olar. Rusiyanın parçalanmasından yox, zəiflədilməsindən söhbət gedir və bu istiqamətdə çox ciddi iş aparılır”.
Aytəkin Qardaşova
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin