“Azərbaycan ətrafında yeni situasiya yaranır. Bir tərəfdən Azərbaycanın ərazilərində Qarabağın rusların nəzarətində olan hissəsində rus-erməni hərbi birləşmələrin sürətlə silahlanması, digər tərəfdən 2020-ci il 10 noyabr bəyannaməsinin müddəalarının kobud şəkildə tapdanması göstərir ki, istər Rusiya, istərsə də zombi təfəkkürlü Ermənistan siyasi elitası ilə ancaq gücün dili ilə danışılmalıdır. Qətiyyət və iradə ortada olmasa, delimitasiya, demarkasiya, dəhlizlərin açılması, Azərbaycan ərazilərindəki erməni birləşmələrinin demilitarizasiyası və s. kimi müzakirələr əbədi xarakter ala bilər”.
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış həkim Adil Qeybulla bildirib.

A. Qeybulla xatırladıb ki, 1990-ci illərdə Azərbaycan əraziləri bu iki qonşunun birbaşa təşkilatçılığı və iştirakı, həmçinin İranın da gizli dəstəyi ilə ilhaq olunduğu zaman beynəlxalq təsisatların fəaliyyəti sona qədər kağız üzərində təsəlli effekti verən 4 qətnamədən o tərəfə keçmədi: “Sonda o qətnamələrin icrası şanlı əsgərlərimizin üzərinə düşdü”.
Onun sözlərinə görə, dünyada güc qanundan yuxarıda dayanır: “Sən güclüsənsə, səninlə hesablaşırlar. Ona görə də regionda həm özü, həm də mövqeləri güclənən Azərbaycan çox ehtiyatlı və qətiyyətli hərəkət etməlidir. İşğalçı müharibədə mövqelərini durmadan itirərək rəzil duruma düşən Rusiyanın və xalq etirazlarının əlində girinc qalan İranın taleyi ölkəmizin yeni dünya düzənində yerinin konturlarını cızmaqdadır. Siyasi ritorikamızda, bəyanatlarımızda, hərbi və siyasi fəaliyyətimizdə iki element – qətiyyət və ehtiyat adekvat şəkildə özünü göstərnəlidir. Biz heç kimlə müharibə istəmirik, lakin Vətən və millət davasında kiməsə güzəştə gedən deyilik. Prezident İlham Əliyevin son çıxışı, dekabrın 7-də Ermənistan baş naziri ilə Brüssel görüşündən imtina edilməsi düşmənə ciddi siqnal hesab edilə bilər. Qoy tamaşa rejissorları bilsin ki, 30 ildən çoxdur aparılan şou-serialın limiti artıq bitib. Bu həm də noyabr bəyannaməsini imzalayan Rusiyaya, Ermənistana və onun havadarı Fransaya xəbərdarlıqdır. Tam əminəm ki, bu provokasiya və təhdidlərdə İranın da əli olmamış deyil. Artıq bir qənaət ortadadır: Xankəndi məsələsi həllini tapmamış, Azərbaycanın bütün ərazilərində suverenlik təmin edilməmiş hər hansı müzakirənin mənasız olduğu aydın görünür. Bununla yanaşı, sərhədimizdə hərbi təlimlər keçirməklə bizə hərbə-zorba gələn İranın da beynəlxalq hüquqa zidd hərəkətləri diqqətdən yayınmamlıdır. İlk növbədə, İranın əzələ nümayişi “qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipi ilə ABŞ, Birləşmiş Krallıq və bölgə dövlətlərinə də yönəlmişdir. Bir daha görünür ki, daxildə reanimasiya problemi yaşayan dövlət öz xislətindən əl çəkə bilmir. Yeni dünya təhlükəsizlik parametrləri üzərində qurulmalıdır. Bu baxımdan, terroru dövlət siyasətinə transfer edən teokratik rejimim regionda mövcudluğu hər an təhlükədir. İranda “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə mücadilə verən soydaşlarımıza ən azı mənəvi dəstək olmalıyıq. Bizim isə şüarımız budur: “Bütöv millət, vahid dövlət”. “Bu cür şüarlar İranı qıcıqlandırar” kimi ibarələrin altında isə İran təəssübkeşliyi və ya antimilli şüur dayanır”.
Kənan
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin