BURADA REKLAMINIZ OLA
BİLƏR

İsmayıllıda iş yoldaşını daşla vuraraq öldürən şəxsdən xəbər var

İsmayıllı rayonunda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirləndirilən Qədir Qədirlinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası dekabrın 6-na təyin edilib.

 

Qeyd: Bu il fevralın 28-də İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü Elşad Fərzəliyev və sərnişini Vüsal Salmanov müxtəli dərəcəli bədən xəsarətləri alıblar. Bir neçə gündən sonra E.Fərzəliyev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

 

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Daha sonra araşdırmalar zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsi baş verməzdən təxminən 3 saat öncə onlarla tikintidə birlikdə işləyən rayon sakini Qədir Qədirli arasında mübahisə yaranıb. Nəticədə Qədir hər iki şəxsin baş nahiyəsinə daşla vuraraq ağır xəsarətlər yetirib. Daha sonra mübahisəni davam etdirmək üçün onunla təkrar görüşə gedən E.Fərzəliyev və V.Salmanov qəzaya düşüblər.

 

İstintaq zamanı alınan məhkəmə tibbi-ekspertizanın rəyləri ilə də Q.Qədirlinin mübahisə zəminində digər iki nəfərə ağır bədən xəsarətləri yetirdiyi təsdiq olunub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, Q.Qədirli şübhəli şəxs qismində saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 26 Noyabr 2022, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin