BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan müstəqil geosiyasi aktordur və milli maraqlarımız ən önəmli prioriteti təşkil edir - RƏY

“Cənab Prezident İlham Əliyevin bu gün ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Ermənistan, Fransa, Rusiya, İranla bağlı bir sıra mühüm mesajlar səsləndirib. Son dövrlər Azərbaycan diplomatik, siyasi müstəvidə fikirlərini elmi-akademik müzakirələr vasitəsilə bəyan edir. Düşünürəm, bu, çox doğru yanaşmadır. Belə dəyirmi masalar, beynəlxalq konfranslar Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatmasına yardımçı olur, cari problemlərin müzakirəsini ehtiva edir, sonrakı proseslərdə ölkəmizə qarşı qərəzli niyyətlərin üzərindən də xətt çəkir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO -

O bildirib ki, Vətən müharibəsində qalib gələn Azərbaycan dövləti bu gün heç bir dövlətin siyasi diktəsini qəbul etmir: “Azərbaycan müstəqil geosiyasi aktordur və milli maraqlarımız ən önəmli prioriteti təşkil edir. Təəssüf ki, tarixin acı hökmü ilə Cənubdakı soydaşlarımızdan aralı düşmüşük. Buna baxmayaraq, rəsmi Bakının orda olan soydaşlarımızın ana dilində təhsil almaları, oxuyub-yazmaları, kütləvi informasiya vasitələrinə sahib olmaları və digər fundamental hüquq və azadlıqları istiqamətində bir sıra mühüm çağırışları var. Əfsus ki, bütün dövr ərzində soydaşlarımız assimilyasiyaya məruz qalıblar. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, onların hüquqları qorunmalıdır. Ana dilimizə hörmət əsas meyardır. İranda sayca az olan ermənilərə bu hüquq tanınır, onların öz dillərində məktəbləri var. Bu da qərəzin nəticəsidir, Ermənistan-İran dostluq münasibətlərinin göstəricisidir. Biz də bu yanaşmanı qəbul etmirik, bizim üçün məqbul hesab oluna bilməz”.

 

İ.Hüseynov deyib ki, cənab Prezident çıxışı zamanı həm də üçtərəfli danışıqlar müstəvisi ilə bağlı fikirlərini bildirib: “Oktyabrın 31-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüş keçirilsə də, növbəti görüşün Brüssel formatında keçirilməsi gözlənilirdi. Lakin belə məlum oldu ki, Fransanın görüşdə iştirak etməsi Ermənistan üçün uyğundur. Fransa qəti ermənipərəst mövqedən çıxış edir. Həm Fransa Prezidenti Emmanuel Makronun son dövrlər xoşagəlməz bəyanatları, digər tərəfdən Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə Fransa tərəfini danışıqlarda iştirak etməkdən məhrum edir. Bu, Azərbaycanın günahı ucbatından baş vermir, əksinə, Fransa erməni mövqeyini müdafiə edirsə, bu, danışıqlarda vasitəçi kimi rəsmi Parisin iştirakını məhdudlaşdırır. Burada günahkar birbaşa Fransa dövlətinin özüdür”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Noyabr 2022, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin