BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur modelyer vəfat etdi

Modelyer Renato Balestra 98 yaşında İtaliyanın paytaxtı Romada vəfat edib.

 

Bu barədə noyabrın 26-da “La Repubblica” qəzeti onun yaxınlarına istinadən məlumat yayıb.

 

Dəfn mərasimi noyabrın 29-da paytaxtın Santa-Maria-del-Popolo kilsəsində baş tutacaq.

 

Balestra 1924-cü ildə Triestdə anadan olub. 1954-cü ildə Romada işləməyə, dörd il sonra isə kolleksiyalarını ABŞ-da sərgiləməyə başlayıb. 1959-cu ildə modelyer Romada ilk atelyesini açıb.

 

Onun moda evinin kolleksiyaları müntəzəm olaraq İtaliya Moda Palatası tərəfindən 1998-ci ildən keçirilən ənənəvi Roma “Alta Roma – alta moda” nümayişlərində təqdim olunurdu.

Tarix: 27 Noyabr 2022, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin