BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah qar yağacaq

Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti, Bakıda gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.

Tarix: 27 Noyabr 2022, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin