BURADA REKLAMINIZ OLA
BİLƏR

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub etdi

Bu gün Qətərdə keçirilən DÇ-2022-də növbəti oyunlara start verilib.

 

Pravda.az-ın məlumatına görə, mundialın 8-ci günü E qrupunun matçı ilə başlayıb.

 

II turun qrupdakı ilk görüşündə Yaponiya ilə Kosta-Rika qarşılaşıb. Dörd gün öncə Almaniya üzərində sensasiyalı qələbə qazanan asiyalılar 1/8 finala bir addım da yaxınlaşmaq üçün autsayderə qalib gəlməli idi. Lakin "gündoğar ölkə" təmsilçisi bunu bacarmayıb. Matçda daha üstün oynamasına baxmayaraq ,Yaponiya minimal hesablı məğlubiyyətə üzülüb - 0:1.

 

Qeyd edək ki, E qrupunun digər görüşündə İspaniya ilə Almaniya qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Apasport.az

 

Tarix: 27 Noyabr 2022, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin