BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Türkün türkdən başqa dostu yoxdur” kimi faşist şüarı səsləndirənlər var”

“Özümüzü tolerant hesab edirik. Amma xeyli hissəmiz irqçidir: zənciləri və monqoloidləri bəyənmirik. “Monqol” sözünü hətta təhqir kimi də istifadə edirik. Halbuki, türklərin kökü və çoxu monqoloiddir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənov qeyd edib ki, “türkün türkdən başqa dostu yoxdur” kimi faşist şüarı səsləndirənlər də var: “Halbuki, türk – millət deyil. Slavyanlar kimi millətlər qrupudur. Yeri gəlmişkən, ərəblər də millət, xalq deyil, məhz belə bir qrupdur. Onları da sevmirik deyə hamısına ölkəsindən asılı olmayaraq eyni yanaşma nümayiş etdiririk. O cümlədən İslam dininə münasibətimizə görə. Ümumiyyətlə, müsəlmanları da sevmirik. Daha çox xristianlar və yəhudilərə münasibətdə dözümlüyük. Amma onlar da gərək irqi meyarlarımıza cavab versin (cavab verənləri hətta sevirik də). Bax, bundan ibarətdir bizim tolerantlığımız. Həmçinin buna görə də turizm bizdə inkişaf etmir. Özümüzün turist kimi meylimiz isə genderə bağlıdır: orta statistik kişilərimiz slavyan ölkələrini, qadınlarımız isə Türkiyəni sevir...”

 

Kənan

Tarix: 28 Noyabr 2022, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin