BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Kredit götürmək istəyənlərin nəzərinə - VİDEO

Bundan sonra vətəndaşlara kredit verilərkən müxtəlif qurumların yazdığı cərimələr də nəzərə alınacaq.

 

Vətəndaşların təkcə bank kreditləri deyil, həm də onların inzibati cərimələri barədə məlumatları da kredit bürosunun elektron sisteminə əlavə ediləcək.

 

Banklar kredit müraciətlərinə baxarkən həm yol polisi, həm də  digər qurumlar tərəfindən yazılan cərimələri də sistemdə görə biləcəklər.

 

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, yeniliyə səbəb vətəndaşları inzibati öhdəlikləri vaxtında yerinə yetirməyə təşviq etməkdir.

 

Həmçinin banklar bu yolla vətəndaşların davranışlarının qiymətləndirilməsi üçün dəqiqi məlumat əldə edə biləcəklər.

 

Qeyd edək ki, Azərbaycan Kredit Bürosu bu istiqamətdə artıq prosesə başlayıb və  dəyişiklik yeni ildən tətbiq ediləcək.

 

Tarix: 28 Noyabr 2022, 07:25   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin