BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bacı qardaşını niyə bıçaqladı? - VİDEO

Bakıda bacının qardaşını bıçaqlamasının təfərrüatı məlum olub.

 

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Bakıxanov qəsəbəsi, Hacınski 21, mənzil 3-də qeydə alınıb.

 

Mənzil sahibinin ötən gecə saat 02:30 radələrində aralarında yaranmış mübahisə zəminində qardaşını bıçaqladığı iddia olunur.

 

Paytaxt sakini Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı, 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

 

Qonşuların sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilnən Püstə Məmmədova əvvəlcə mənzilini kirayə verib. Son 3 ildə isə Hacinski 21, mənzil 3 ünvanında bacısı ilə birlikdə qalırmış.

 

Qonşular Püstə Məmmədovanın ruhi əsəb xəstəliyindən bir müddətdir əziyyət çəkdiyini deyir. Dünən gecə isə Püstə Məmmədova intihara cəhd edib, qardaşı ona mane olmağa çalışıb. Bundan sonra aralarında mübahisə yaranıb.

 

Qardaşını bıcaqlamqda şübhəli bilən Pustə Məmmədovanın ailəsi isə müsahibə verməkdən imtina etdi.

 

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi başlanılıb və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Tarix: 28 Noyabr 2022, 23:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin