BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Bir də xəbər tutdum ki, Naxçıvan Mərkəzi Bankın oradakı ərazi idarəsi üçün xüsusi status tələb edir”

“2004-cü ildə Mərkəzi Bankın Ümumi qanunvericilik şöbəsinin rəisi idim. Mərkəzi Bank haqqında yeni qanun layihəsi üzərində çalışırdım. Bu sahədə bütün xarici qanunları təhlil etmişdim. Bir də xəbər tutdum ki, Naxçıvan Mərkəzi Bankın oradakı ərazi idarəsi üçün xüsusi status tələb edir (o cümlədən rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin olunması)”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

O xatırladıb ki, Elman Rüstəmov istisna olmaqla, Mərkəzi Bankın bütün rəhbərliyi təcili iclasa toplaşıb: “Məni də dəvət etdilər. Dedim ki, Naxçıvanın təklifi mərkəzi bankın mahiyyətinə ziddir: idarəetmə vahid və mərkəzləşdirilmiş olmalıdır. Hamı razılaşdı. Müzakirə zamanı Mərkəzi Bankı ehtiva edəndə “biz”, Naxçıvanı isə “onlar” əvəzlikləri ilə ifadə edirdik. Susan yalnız aramızdakı yeganə naxçıvanlı Şahmar Mövsümov idi. Yalnız onu dedi ki, heç olmasa “biz” və “onlar” deməyin də... Yekunda indi də mövcud olan Qanunda yazıldı ki, Mərkəzi Bankın İdarə Heyəti Naxçıvan İdarəsinin rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir...”

 

Kənan

Tarix: 29 Noyabr 2022, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin