BURADA REKLAMINIZ OLA
BİLƏR

"Biz “yox” deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün deyil"

“Ermənistanın baş naziri Nikol Paşinyanın “İlham Əliyevlə görüşlərdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbinin arxasında həm də İrəvanın Minsk Qrupu həmsədrlik institutunu yenidən canlandırmaq istəyi ilə bağlıdır”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq qeyd edib ki, hazırda Rusiya və ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçi kimi çıxış edir, keçmiş həmsədrlərdən bircə Fransa yoxdur: “Ona görə də Paşinyan müttəfiqini də prosesə qatmağa çalışır ki, keçmiş üçlük bərpa olunsun. Ancaq biz “yox” deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün deyil. İkinci Qarabağ müharibəsindən sonra Fransanı faktiki Avropa İttifaqı əvəz edib və bu daha faydalı formatdır, Şarl Mişel birliyə daxil olan bütün ölkələri təmsil edir”.

 

Kənan

Tarix: 29 Noyabr 2022, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin