BURADA REKLAMINIZ OLA
BİLƏR

“Naxçıvanın birbaşa Bakıya tabe etdirilməsi və statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək”

“Məsələnin hüquqi tərəfinin dəqiqləşdirilməsinə ehtiyac var. Fikrimcə, Naxçıvanın muxtar statusunun ləğvinə ehtiyac var. Bu yalnız, Naxçıvanda baş verən qanunsuzluqlar, korrupsiyanın geniş miqyas alması və İranla şübhəli əlaqələrlə bağlı deyil. Naxçıvanın birbaşa Bakıya tabe etdirilməsi və statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlunun sözlərinə görə, dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq aləmə və ermənilərə dəfələrlə mesaj göndərib ki, bölgənin heç bir statusu olmayacaq: “Buna istinad edərək Azərbaycanın digər heç bir ərazisinin də fərqli statusu olmamalıdır ki, beynəlxalq aləm və ermənilər Naxçıvanın muxtar statusunu bəhanə edib bizdən Qarabağ üçün də eynisini tələb edə bilməsinlər”.

 

Kənan

Tarix: 29 Noyabr 2022, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin