BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Vasif Talıbovun korrupsiyada əli var, ya yoxdur, bunu istintaq müəyyənləşdirməlidir”

“Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanda araşdırmalar aparır, saxlanılar da var. Hələ əməliyyat gedir, görək nə olacaq? Konstitusiyamıza görə, Naxçıvanın muxtariyyətinin ləğv olunması üçün referendum keçirilməlidir. İndi orda baş idarələr yaradılıb, bu, yaxşı haldır, Bakıdan idarə olunur. Amma əvvəl Naxçıvanda özləri özlərini idarə edirdilər, Bakıdan uzaqlaşmışdılar. Mən nə deyə bilərəm, deyim ki, adamları tutun güllələyin, ya buraxın? Əməliyyat gedir, kimin nə günahı varsa, korrupsiyaya qurşanıbsa, üstü açılır. İndi ikisini tutublar, deyilənlərə görə, bəzilərini də saxlayıblar. Məlumat dəqiq deyil. Mən də bir millət vəkili kimi rəsmi açıqlamadan - DTX-nin, Baş Prokurorluğun açıqlamasından kənar söz danışa bilmərəm. Mətbuatdan oxuyuruq ki, filankəslər tutulub, amma rəsmi açıqlama yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

Deputat korrupsiya məsələsində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da məsuliyyət daşıdığı barədə tənqidlərə isə belə münasibət bildirib: “Deməli, Vasif Talıbov yaxşı nəzarət edə bilməyib də. Bir regionda belə hadisələr olursa, deməli, orda nəzarət zəif olub. Vasif Talıbovun özünün korrupsiyada əli var, ya yoxdur, bunu istintaq müəyyənləşdirməlidir. Mən durub Vasif Talıbov haqqında belə bir söz deyə bilmərəm. O, Naxçıvan Ali Məclisinin sədridir, onun haqqında söz deməyim düz gəlməz…”

 

Aytəkin Qardaşova

Tarix: 29 Noyabr 2022, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin