BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Abel Məhərrəmovun qardaşına vəzifə verildi

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin aparatının bir sıra idarələri ləğv edilib, yerlərində yeni idarələr yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev dünən sərəncam imzalayıb.

 

Ədliyyə naziri Fikrət Məmmədov ləğv edilən qurumların rəislərini yeni yaradılan idarələrə rəis təyin edib.

 

Ləğv olunan Kadrlar Baş İdarəsinin yerində yaradılan İnsan resursları Baş İdarəsinə  ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu, onun  müavini vəzifəsinə isə Mahmudov Rəsul Fərman oğlu təyin olunub.

 

General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

 

Bu digər ləğv edilən qurumların yerində yaradılan idarələrə də şamil edilib. Belə ki, Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə Qasımov Elçin Lütvəli oğlu, Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə Məmmədov İlqar Kamil oğlu, İnsan hüquqları və kommunikasiya İdarəsinə Sabitova Aynur Zakir qızı, İnformasiya texnologiyaları və innovasiyalar İdarəsi Səmədzadə Ağakərim Ağasəməd oğlu rəis təyin edilib./Qaynarinfo

Tarix: 29 Noyabr 2022, 21:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin