BURADA REKLAMINIZ OLA
BİLƏR

Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNDİ

Nəsimi Rayon Məhkəməsi Gültəkin Hacıbəyli barəsində verilmiş axtarış qərarını ləğv edib və o, sərbəst buraxılıb. Dekabrın 8-də G.Hacıbəylinin barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə baxılacaq.

 

***

08:49

 

Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə G.Hacıbəyli özü məlumat verib.

 

G.Hacıbəyli bildirib ki, ona qarşı 147.2-ci maddə ilə xüsusi ittiham qaydasında iş açıblar.

 

Onun Nəsimi Rayon Polis İdarəsinə aparıldığı qeyd olunub.

Tarix: 30 Noyabr 2022, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin