BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alveri ilə məşğul olan qadınla bağlı QƏRAR

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Samirə İbrahimovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın məlumatına görə, hakim Nazim Mövsümovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü S.İbrahimova Azərbaycandan qadınları iş adı ilə Türkiyə və digər ölkələrə apararaq, onları istismar edib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

 

S.İbrahimova Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun xətti ilə 2017-ci ildə beynəlxalq axtarışa verilib. Daha sonra S.İbrahimova Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.

 

Kamal Məmmədov

Tarix: 30 Noyabr 2022, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin