BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovun qardaşından AÇIQLAMA

Ötən gün bır sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması haqda xəbərlər yayılıb.

 

Pravda.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Məhərrəm Talıbov saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib.

 

"Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm."

 

"Qaldı ki, bizim ailəmiz ömür boyu dövlətə, dövlətçiliyə bağlı olub. Biz daim Cənab Prezidentimizi dəstəkləmişik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq olmuşuq. Bu gün də bu bağlılıq davam edir. Dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz. Allah cənab Prezidentimizi qorusun!/ Manset.az

Tarix: 30 Noyabr 2022, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin