BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu səbəblər ABŞ Azərbaycan daha da yaxın tərəfdaş etmək məcburiyyəti qarşısında qoyur” - RƏY

“Bölgədə İranın son zamanlar regional güc qismində fəallaşması və Rusiyanın Azərbaycana qarşı artan açıq təzyiqləri fonunda bu görüş (Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşünü nəzərdə tutur-red) daha çox zərurətdən doğur. ABŞ və Rusiya Ukrayna platformasında artıq kolliziyalar burulğanında mübarizə aparırlar. İndi isə ambisioz Fransanın səyləri nəticəsində Azərbaycan-Ermənistan arasında vasitəçilik missiyaaı üzrə vakumun yaranması ehtimalı var. Bunu isə ABŞ əldən vermək niyyətində deyil. Məhz buna görə də ABŞ təmasları daha da sıx və məzmunca tutarlı edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Amid Əliyev bildirib.

 

“Digər mühüm məqam isə birbaşa İranla bağlıdır. Düz 43 ildir ki, ABŞ İranın siyasi sistemini dəyişmək siyasətini tətbiq edir. Dünya qaz və neft siyasəti üzrə tənzimləmə sistemi də məhz İranda sınır. İran dünya bazarında bu iki enerji mənbəyi üzrə qiymətləri özü müəyyən edir və OPEC-in büdcəsinə təsir edir. Bu da öz növbəsində ümumilikdə neft bazarında ciddi narahtlıq yaradıb. Məhz bu səbəblər ABŞ Azərbaycan daha da yaxın tərəfdaş etmək məcburiyyəti qarşısında qoyur. Ehtimal etmək olar ki, ABŞ vasitəçiliyi bölgədə sülhü təmin etməklə yanaşı yeni inqilab və ya siyasi reallığın yaradılmasını da özündə ehtiva edir və ya edə bilər” – A.Əliyev qeyd edib.

 

Kənan

Tarix: 30 Noyabr 2022, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin