BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

16 yaşlı Turanı öldürən Ruslan barəsində ŞOK DETALLAR: "Onu orada..." - VİDEO

Bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla qətlə yetirməkdə ittiham olunub.

 

Qətli törətməkdə şübhəli bilinən Ruslan Səfixanovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri yayılıb. Onu Çevik Polis Alayının əməkdaşları saxlayıb.

 

Hadisənin baş verdiyi Şağan Olimpiya İdman Kompleksində olan "Arifoğlu" cüdo klubunun məşqçisi Səfər Əkbərli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişinə qətlə yetirilən XI sinif şagirdi Turan Rüstəmov və qətli törətməkdə ittiham olunan Ruslan Səfixanovla bağlı fikirlərini bölüşüb:

 

"Hadisə məşqçilərin arxasında baş verdi. Həmin vaxt hamı tatamiyə baxırdı. Yarış getdiyi üçün arxaya fikir vermirdilər. İdman tarixində hələ belə şey olmamışdı. Onları aralayandan sonra Turanın üzərində qanı gördük. Arenada bir həkim var idi və o da Turana yaxınlaşdı. Hamımız hadisədən sonra şokda idik. Biz Turanı xəstəxanaya çatdıra bilmədik, maşında dünyasını dəyişdi.

 

Turan Rüstəmov çox mərifətli, tərbiyəli, qanacaqlı bir gənc idi. Bizim region yarışlarımızın da qalibi olmuşdu. Çox istedadlı idmançı idi. Bu günə kimi heç bir idmançı və məşqçi onun barəsində mənfi fikir bildirməmişdi.

 

Ruslan Səfixanovu zatən hamı tanıyır. Biz onu yarışa dəvət etməmişdik. Biz onun atası ilə danışmışdıq və onu dəvət etmişdik. Atasının işi çıxıb deyə onu göndərmişdi. Onu da ki yığma komandadan dəfələrlə qovublar. Onun keçən il də söz-söhbəti olmuşdu. Ruslan haqqında kimdən soruşsanız, heç kim müsbət rəy demir".

 

Baku.ws

 

Tarix: 30 Noyabr 2022, 12:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin