BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev öldürülən cüdoçudan danışdı: “İdmançılarımızdan tələb edirik ki…”

“Hər zaman idmançılarımızdan yüksək alicənablıq və qanunlarımıza hörmət tələb edirik. Fiziki cəhətdən sağlam gənclər yetişdirməklə bərabər, idmançılarımızın təlim-tərbiyəsi, onlara dəyərlərimizin aşılanması, eləcə də yüksək intelektuala malik olması üçün hər birimiz tam gücümüzlə səy göstəririk”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyev təəssüflə xatırladıb ki, Şağan Olimpiya İdman Kompleksində Tural Rüstəmovun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verib: “Baş vermiş hadisəni şiddətlə qınayır, Allahdan Turala rəhmət, ailəsinə və idman ictimaiyyətinə səbir diləyirəm. Ümid edirəm ki, bir daha belə hallar heç zaman baş verməyəcək”.

 

Kənan

Tarix: 30 Noyabr 2022, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin