BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu kanallara platforma yayımçısı lisenziyası verildi - SİYAHI

Audiovizual Şurası “APA TV”, “Səhiyyə TV”, “Agro TV”, “Vivace” və “ATV+Cinema” kanallarına platforma yayımçısı lisenziyası verib.

 

Bu barədə Şuradan məlumat verilib.

 

Bildirilib ki, Şuranın iclası keçirilib və iclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə “APAMARK” MMC, “Səhiyyə TV” MMC, “Aqro Televiziya və Radio” MMC və “ATV Plus” MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb.

 

Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunub. Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “APAMARK” MMC-yə (televiziya redaksiyasının adı: “APA TV”), “Səhiyyə TV” MMC-yə (televiziya redaksiyasının adı: “Səhiyyə TV”), “Aqro Televiziya və Radio” MMC-yə (televiziya redaksiyasının adı: “Agro TV”) və “ATV Plus” MMC-yə (televiziya redaksiyalarının adları: “Vivace” və “ATV+Cinema”) verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Tarix: 30 Noyabr 2022, 15:12   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin