Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Pravda.az xəbər verir ki, BMM və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirinin əvvəlində Dövlət himni səsləndirilib.
Tədbirin davamında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ulu babası və nənəsi Şükriyyə xanımla bağlı fikirlərini bölüşüb:
“Ulu babam Əhməd Cavadın adını daşımaq mənim üçün böyük şərəf, eyni zamanda ikiqat məsuliyyətdir. Çünki bu adı mənə ulu babamın ağır taleyini bölüşən, onun həyat yoldaşı Şükriyyə xanım verib. Çalışmışam ki, bu adı hər zaman doğruldum. Bildiyimiz kimi, 20 aprel 2022-ci il tarixində cənab Prezident İlham Əliyev görkəmli şair Əhməd Cavadın 130 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzaladı. Əhməd Cavadın ailəsi, şəxsən öz adımdan möhtərəm Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Əhməd Cavad bir əlində qələm, bir əlində silah mübarizə aparıb, Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu sıralarında, Balkan cəbhəsində hərbi əməliyyatlarda iştirak edib. Həmin ərəfədə o, bu gün bütün Türk Dünyasının birlik rəmzinə çevrilən “Çırpınırdın, Qara dəniz” şeirini yazıb. Əhməd Cavad Ordumuzun ilk marşının müəllifi kimi də Azərbaycan tarixinə öz adını yazdırıb. 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın xahişi ilə o, hərbi marş yazıb. Bu gün qardaş Türkiyə tərəfindən də Əhməd Cavadın irsinə çox böyük diqqət göstərilir. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də ulu babamın fəaliyyəti çox geniş olub. O, öz adını nəinki Dövlət himnimizin müəllifi kimi tarixə yazdırıb, eyni zamanda Azərbaycan maarifçilik sahəsində böyük islahatlar aparıb, diplomatik missiyalarda iştirak edib. Sovetlər işğalı zamanı dəfələrlə həbs olunub, lakin öz fikrindən dönməyib. 1937-ci ildə ağır işgəncələr nəticəsində dünyasını dəyişib, öz həyatını, ömrünü Azərbaycan xalqının müstəqilliyinə, azadlığına qurban verib. Deyirlər ki, Əhməd Cavadın məzarı yoxdur. Onu cismən itirmiş olsalar da, ruhən itirə bilməyiblər. Çünki Əhməd Cavadın məzarı Şimali Kiprdən başlayaraq Çin səddinə kimidir. Əhməd Cavadın ürəyi bütün Türk Dünyası ilə bir döyünür. Əhməd Cavadın ürəyi bu gün hətta Güney Azərbaycanda öz hüquqlarını müdafiə edən azərbaycanlı qardaşlarımızla bir döyünür”.
Tədbirin bədii hissəsi AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “Qorqud” ansamblının hazırladığı konsert proqramı ilə davam edib. Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə Əhməd Cavadın yazdığı şeirlər, şeirlərinə bəstələnən mahnılar ifa edilib.
Aytəkin Qardaşova
2 Fevral 18:52
2 Fevral 18:51
2 Fevral 18:49
2 Fevral 18:28
2 Fevral 18:20
2 Fevral 18:15
2 Fevral 18:04
2 Fevral 17:47
2 Fevral 17:38
2 Fevral 17:21
2 Fevral 17:20
2 Fevral 17:13
2 Fevral 17:11
2 Fevral 17:09
2 Fevral 17:04
2 Fevral 16:57
2 Fevral 16:54
2 Fevral 16:49
2 Fevral 16:41
2 Fevral 16:37
2 Fevral 16:17
2 Fevral 16:13
2 Fevral 16:09
2 Fevral 15:51
2 Fevral 15:38
2 Fevral 15:27
2 Fevral 15:14
2 Fevral 15:14
2 Fevral 15:03
2 Fevral 14:58
2 Fevral 14:57
2 Fevral 14:56
2 Fevral 14:51
2 Fevral 14:39
2 Fevral 14:35
2 Fevral 14:33
2 Fevral 14:30
2 Fevral 14:27
2 Fevral 14:23
2 Fevral 14:20
2 Fevral 14:08
2 Fevral 13:57
2 Fevral 13:35
2 Fevral 13:30
2 Fevral 13:20
2 Fevral 13:09
2 Fevral 13:01
2 Fevral 12:58
2 Fevral 12:41
2 Fevral 12:38
2 Fevral 12:29
2 Fevral 11:59
2 Fevral 11:50
2 Fevral 11:46
2 Fevral 11:12
2 Fevral 11:12
2 Fevral 11:01
2 Fevral 10:59
2 Fevral 10:46
2 Fevral 10:21
2 Fevral 10:11
2 Fevral 09:41
2 Fevral 09:40
2 Fevral 08:52
2 Fevral 08:37
2 Fevral 08:25
2 Fevral 08:18
2 Fevral 08:06
2 Fevral 02:11
2 Fevral 00:22
2 Fevral 00:19
2 Fevral 00:17
2 Fevral 00:07
1 Fevral 23:29
1 Fevral 23:05
1 Fevral 23:01
1 Fevral 22:48
1 Fevral 21:57
1 Fevral 21:40
1 Fevral 21:21
1 Fevral 21:18
1 Fevral 21:17
1 Fevral 21:14
1 Fevral 21:12
1 Fevral 21:09
1 Fevral 20:23
1 Fevral 19:35
1 Fevral 19:20
1 Fevral 19:18
1 Fevral 19:12
1 Fevral 19:08
1 Fevral 18:38
1 Fevral 18:20
1 Fevral 18:18
1 Fevral 18:04
1 Fevral 18:01
1 Fevral 17:56
1 Fevral 17:47
1 Fevral 17:45
1 Fevral 17:44
1 Fevral 17:39
1 Fevral 17:32
1 Fevral 17:15
1 Fevral 17:13
1 Fevral 17:11
1 Fevral 16:46
1 Fevral 16:42
1 Fevral 16:37
1 Fevral 16:36
1 Fevral 16:35
1 Fevral 16:24
1 Fevral 16:22
1 Fevral 16:12
1 Fevral 16:10
1 Fevral 16:05
1 Fevral 15:48
1 Fevral 15:38
1 Fevral 15:27
1 Fevral 15:26
1 Fevral 15:23
1 Fevral 15:22
1 Fevral 15:20
1 Fevral 15:17
1 Fevral 15:06
1 Fevral 15:04
1 Fevral 14:47
1 Fevral 14:41
1 Fevral 14:35
1 Fevral 14:23
1 Fevral 14:14
1 Fevral 14:12
1 Fevral 13:40
1 Fevral 13:32
1 Fevral 13:20
1 Fevral 13:13
1 Fevral 13:08
1 Fevral 13:07
1 Fevral 12:54
1 Fevral 12:36
1 Fevral 12:35
1 Fevral 12:29
1 Fevral 12:28
1 Fevral 12:15
1 Fevral 12:15
1 Fevral 12:09
1 Fevral 12:07
1 Fevral 11:56
1 Fevral 11:50
1 Fevral 11:43
1 Fevral 11:37
Ən son xəbərləri səhifəmizdən də izləyin