BURADA REKLAMINIZ OLA
BİLƏR

Tikinti şirkəti “Spark” qanunun bu tələblərini pozdu

Azərbaycanda tikinti sahəsində uzun müddətdir fəaliyyətdə olan “Spark” MMC məhkəməlik olub.

 

“Qafqazinfo” xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərini pozub.

 

İttihama görə, şirkətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu aparılmayıb. İddia təsdiqini taparsa, şirkət rəhbərliyini min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə gözləyir.

 

Məhkəmə işinə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, şirkət bir müddət əvvəl “Gilan Holding”ə məxsus “Gilan Qəbələ Beton Zavodu”nu satın almaqla gündəmə gəlmişdi.

Tarix: 1 Dekabr 2022, 07:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin