BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanuna dəyişikliklər mopedlərə deyil, motosikletlərə aiddir - Aydınlıq gətirildi - VİDEO

"Yol hərəkəti haqqında" qanuna son dəyişikliklər mopedlərə deyil, motosikletlərə aiddir.

 

Bunu ekspert Ərşad Hüseynov deyib.

 

Ekspert layihədə motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirildiyini deyib.

 

Ə.Hüseynov bildirib ki, qanunda edilmiş dəyişikliyin mopedlərə heç bir aidiyyəti yoxdur. Mopedləri yenə də əvvəlki  qaydalara  uyğun idarə  etmək mümkün olacaq.

 

Ekspert bildirib ki, hazırda təkcə yanacaqla yox, elektirklə işləyən ikitəkərli  nəqliyyat vasitələri də var: “Bu nəqliyyat vasitələri ilə bağlı olan mövcud  boşluqlar da aradan qaldırılmalıdır”.

 

Qeyd edək ki, Milli Məclisdə "Yol hərəkəti haqqında" qanuna ediləcək düzəlişlər 1-ci oxunuşda qəbul olunub.

 

Tarix: 1 Dekabr 2022, 07:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin