BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “Vasif Talıbov korrupsiya ilə məşğul olubsa, cəzalandırılmalıdır”

“Demişəm, yenə də deyirəm, Naxçıvanı Vasif Talıbov cənnətə çevirib, bunu heç kim inkar edə bilməz. Amma bu qədər pul yeyilib. Bunu Novella yox, əvvəldən hökumət bilməli idi. Kim deyir ki, Vasif Talıbovu edam eləməsinlər, eləsinlər, ən çox mən onun əlindən əziyyət çəkmişəm, çünki Naxçıvana, qohumlarımın yasına da, xeyrinə də gedə bilmirəm. Doğrunu deməliyik, Naxçıvanın ucqar kəndində belə, qaz var. Elə gözəl yollar salıblar ki. Bu da var axı. Amma bütün bunlarla bərabər, Vasif Talıbov korrupsiya ilə məşğul olubsa, cəzasını hökumət verməlidir”.

 

Bu sözləri Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu bir müddət əvvəl “Naxçıvanı Vasif Talıbov qoruyub-saxlayıb” söylədiyinə görə Naxçıvandakı hazırkı proseslərə görə tənqid olunmasına münasibət bildərərkən deyib.

 

N.Cəfəroğlunun sözlərinə görə, başqa rayonlarda da korrupsiya var: “Guya başqa rayonlarda korrupsiya yoxdur? Məsələn, Zaqatalada. Zaqatala vaxtilə dəbdəbəli rayon idi. İndi isə küçələrinə baxın, kəndlərinə, yollarına baxın, görün, nə gündədir. Meşələrini, fındıq ağaclarını kəsib, ora-bura satırlar. Dövlət Təhlükəsizliyi Xidmətinə böyük hörmətim var. Çünki DTX son illər o qədər gözəl işlər görüb, valeh olmuşam. Əli Nağıyevin DTX-yə gəlməsi, doğrudan da, çox vacib və vaxtında atılan addım idi. Vasif Talıbov da korrupsiyaya yol verib, tutun, hansı cəzaya layiqdirsə, verin. Amma digər məsələdə sözümün üstündə dururam. Naxçıvana bu günə qədər bir nəfər də olsun İrandan molla girə bilib? Bəlkə, Vasif Talıbov İrandan iş adamlarını Naxçıvana gətirib, amma orda molla görmədim. Mən həmişə sözün düzünü deyən adamam. Gedib Naxçıvana baxsınlar, görsünlər nə gözəldir. Talıbov bunu edib…”

 

Hüquq müdafiəçisi “Naxçıvanı Vasif Talıbov deyil, Qars müqaviləsinə görə, Türkiyə qoruyur” deyənlərə də münasibət bildirib: “Nə istəyirlər, desinlər. Sözsüz ki, Qars müqaviləsi də rol oynayıb. Razıyam. Amma Qars müqaviləsinin İrana aidiyyatı var? İndi Vasif Talıbova kim nə istəyirsə, deyə bilər, vaxtında deyərdilər. O zamanlar Talıbovu tənqid etmişəm, bütün sözlərimi də demişəm. Çünki döyülən mən və mənim rəfiqələrim olub. Guya Vasif Talıbovun korrupsiyasını heç kəs bilmirdi? Böyük korrupsiya işi açılıb və o, cəzasını almalıdır. Ən çox inamım DTX-yə, Əli Nağıyevədir, vəssalam. Hesab edirəm, onlar işi normal aparacaqlar. “Vasif Talıbovun günahı varsa” demək düzgün deyil, çünki günahı var, bütün hər şey göz qabağındadır. Amma istəsələr də, istəməsələr də, Naxçıvanın gözəlliyində Talıbovun böyük əməyi var. Eyni zamanda insanları Naxçıvandan didərgin edib, yarısı Türkiyədə, yarısı Rusiyadadır. Bunları demişəm, indi də deyirəm. İnsanlar Vasif Talıbovun tiranlığına o qədər alışmışdı, indi hamı qanuna tabe olub. Ona görə də bu saat Naxçıvanda demokratik dövlət qurmaq olar. Bəlkə, bundan sonra Talıbov hamıya bir örnək olar. Aşılmaz qaya idi, amma yıxdılar. Talıbovdan 20 villası, Bakının hər yerində mülkləri olan oliqarxlarımız dərs götürsünlər. Bunları hansı pulla əldə edirlər? Bu gün ortalığa çıxarsınlar, hamımız danışaq. Bilsinlər ki, həyat bumeranqdır, həmişə qayıdır, qayıdacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Dekabr 2022, 08:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin