BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda arvadına 22 bıçaq zərbəsi vuraraq öldürən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın məlumatına görə, hakim Əziz Seyidovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Y.Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.

 

1980-cı il təvəllüdlü Y.Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

 

Y.Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Kamal Məmmədov

Tarix: 1 Dekabr 2022, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin