BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın hərbi qulluqçusu silahdan atəş açaraq özünə xəsarət yetirdi

Noyabr ayının 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə DSX məlumat yayıb.

 

Hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülmüş, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunmuşdur. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Tarix: 1 Dekabr 2022, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin