BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadına 6 bıçaq vuraraq öldürən kişiyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən təqsirləndirilən Sabir Şabanovun Rəşad Musayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Qeyd: Hadisə bu il iyunun 4-də Gəncə şəhərinin Ərdəbil küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlu, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Daha sonra qadın xəstəxanada keçinib və əri tutulub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İttihama görə, birgə yaşadıqları müddətdə müxtəlif vaxtlarda qadın onu tərk edib valideyni ilə birlikdə yaşayıb. Bununla da Sabir arvadının ona xəyanət etməsi üçün sərbəst şərait yaratması kimi qiymətləndirərək, Gülzarın bu cür hərəkətləri nəticəsində rüsvay olacağından və cəmiyyətdə qınaq obyektinə çevriləcəyindən qorxub. O, qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib. Daha sonra Sabir mətbəx bıçağı ilə ona 6 zərbə endirib.

 

Kamal Məmmədov

Tarix: 1 Dekabr 2022, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin