BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzuman Abdulkərimov: “Gerçək mübarizə adamları qalıb bir tərəfdə, hansısa idbarlar özlərini verib qabağa...”

“İndi hər kəs Güney Azərbaycandan, Azərbaycanın bütövləşməsindən danışır, çox şükür. Bizim də istədiyimiz bu idi. Amma hadisələrin gedişini izlədikcə adamı vahimə basır. Prosesə elələri qoşulub ki, (və ya qoşublar) az qalırsan ideologiyandan imtina edəsən. Gerçək mübarizə adamları qalıb bir tərəfdə, hansısa idbarlar özlərini verib (və ya verilib) qabağa, guya Bütöv Azərbaycan qururlar...”

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Arzuman Abdulkərimov bildirib.

 

“Böyük bir prosesi gözdən salmaq istəyirsənsə, xırda, alverçi xislətli birilərini önə verəcəksən və hadisənin mahiyyətini kiçildib gözdən salacaqsan.  İndi də belədir. Bu günlərdə çox ciddi müzakirəmiz oldu. Hər kəs mən deyənlərlə razılaşır, amma: “Dövlət tərbiyəmiz imkan vermir bu məsələləri ictimailəşdirək” deyə izahat verirlər. Dostlar! Bütöv Azərbaycan bizim üçün kutsal davadır, bu, sevgimizdir. Bu kutsal dava üçün canımızı verməyə hazırıqsa, bütün kompleksləri kənara qoyub mübarizənin önünə keçməli, idbarları prosesdən kənarlaşdırmalıyıq. Haqqı olan bütün dostlarıma səslənirəm, geriyə yol yoxdur. İmkan verməyin ki, idealınızı gözdən salsınlar. Əks halda...”, o – qeyd edib.

 

Kənan

Tarix: 1 Dekabr 2022, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin