BURADA REKLAMINIZ OLA
BİLƏR

“Naxçıvanın statusunun ləğv edilərək digər ərazi vahidləri kimi eyni status alması asan proses olmasa da, mümkündür”

“Naxçıvanın muxtar statusu ləğv edilə bilər, yoxsa yox, bu, çox ciddi sualdır. Naxçıvanın muxtariyyət statusu 1921-ci ildə bağlanmış Qars müqaviləsilə təsbit edilib. (Bu müqavilə Türkiyəyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini özü üzərinə götürmək hüququ verib). Bundan sonrakı proseslərdə də bütün hüquqi bazalar buna uyğun formalaşdırılıb. Konstitutsiyamızda yüzə yaxın yerdə Naxçıvan muxtar statusda təsbit olunub. Bir Fəsil və 7 maddə isə tam olaraq Naxçıvan MR-ə həsr edilib. Eyni zamanda Naxçıvanın öz konstitusiyası var. Və bu konstitusiya Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilib. Lakin bu demək deyil ki, Muxtar Respublika statusu ləğv edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin birinci bəndində aydın qeyd edilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

 

E.Əmirov unitar ölkə üçün xas olan xüsusiyyətləri sadalayıb: “Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya, ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası, yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi, bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi. Bir sözlə, Naxçıvanın Muxtar statusunun ləğv edilərək Azərbaycanın digər ərazi vahidləri kimi eyni status alması asan proses olmasa da, amma mümkündür. Hesab edirəm ki, bir çox aspektlərdə, o cümlədən iqtisadi baxımdan bu bölgənin inkişafı üçün müəyyən qərarların qəbul edilməsinə ciddi ehtiyac var. Bu bölgənin ciddi xammal ehtiyatları, eləcə də heç bir bölgəmizdə olmadığı qədər üstün coğrafi mövqeyə sahib olması ona inkişaf üçün müstəsna imkanlar yaradır. Hər halda bu imkanlar muxtarlığın iqtisadi prizmada nəticəsini az da olsa, ortaya qoymalı idi. Qoymadısa, deməli, yeni mexanizmlərin yaradılmasına ehtiyac var”.

 

Kənan

Tarix: 1 Dekabr 2022, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin