BURADA REKLAMINIZ OLA
BİLƏR

Evə basqın zamanı bıçaqlanan qadın xəstəxanada öldü

Buzovnada iki gün əvvəl evə basqın zaman başından bıçaqlanan qadın ölüb.

 

1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün xəstəxanada keçinib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

 

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

 

Rahil Muradov hadisə günü xəstəxanada ölüb.

Tarix: 1 Dekabr 2022, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin