BURADA REKLAMINIZ OLA
BİLƏR

“Utanmalı vəziyyət, utanmalı olanlar fərqliymiş”

“100 kitab müəllifi, 87 yaşlı yazıçı-filosof Əlisa Nicatla bağlı hazırda sosial mediada gündəmə çevrilən paylaşımlar çox üzücüdür. Azərbaycan Yazıçılar Birliyinin ən məhsuldar, ən yaşlı üzvlərindən birinin taleyi!”

 

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

 

O.Gündüz xatırladıb ki, AYB katibi, Xalq yazıçısı Çingiz Abdullayev jurnalistin ictimai vəsaitlərlə bağlı sualına  "utanmaqdan ölmürsənmi" cavabını vermişdi: “İndi gündəm olan müzakirələrdən, fotodan görsənir ki, utanmalı vəziyyət, utanmalı olanlar fərqliymiş. Kitaba, ziyalıya, müstəqil düşüncə sahibi olan filosofa münasibət indi onun yaşadığı otaqdakı kimi "soyuq" olmalı deyil. Ümid edirəm AYB, Mədəniyyət Nazirliyi, hökumət bunun  fərqindədir və bütün ömrünü kitaba, ictimai fikrin formalaşmasına həsr edənlərin taleyinin bu formada bitməsinə imkan verməyəcək”.

 

Kənan

Tarix: 1 Dekabr 2022, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin