BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçı: “Hər an dələduz olmağa can atıram”

“Bu günə düşməmək üçün (yazıçı Əlisa Nicatı nəzərdə tutur- red) şərəfsizlik etməyi bacarmaq lazımdır. “Şərəfsizliyi hər adam bacarmır” deyirik, amma sayları günbəgün artır. Şərəfsizlik çox çətindirsə, ən azı dələduzluğu bacarmalısan. İndi bir Azərbaycan yazıçısı üçün dələduzluq müsbət keyfiyyətdir. Çünki bu cəhət onu şərəfsizlikdən qoruyur. Şəxsən mən hər an dələduz olmağa can atıram. Əks halda aqibət budur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Şərif Ağayar bildirib.

 

Ş.Ağayar qeyd edib ki, Əlisa Nicatı tanrı qoruyur, ona ən azı sağlam can verib: “Maşallah, polad kimi adamdır. Hər adamın orqanizmi dözməz buna. Demək, nədir: şərəfsizlik və dələduzluq həm də bir yazıçının həyatda qalma səbəbidir. Sonda isə sizi çox sevdiyimdən üçüncü və daha optimal çıxış yolunu da deyirəm, sağlıqla işlədin: Buralardan qaçıb getmək! Sağ olun, qəmli vətənpərvərlər...”

 

Kənan

Tarix: 1 Dekabr 2022, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin