BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlalə Nəzəroğlu: “Sükandan əsə-əsə tutub həyəcandan bərəlmiş gözlərlə yalnız qabağa baxırlar”

“Tanıdığım qadınlar var ki, avtomobili idarə edə bilmədikləri halda yola çıxırlar! Sanki ölüm çarxında oturublar - hər an qəza hadisəsi baş verə bilər. Sükandan əsə-əsə tutub həyəcandan bərəlmiş gözlərlə yalnız qabağa baxırlar. Az qala, hər həftə kiçik, hər ay orta dərəcəli qəza edirlər. Hətta maşında azyaşlı uşaqlarını da oturdurlar. Mənim anlamadığım budur ki, niyə bəzi kişilər həyat yoldaşına avtomobil idarə etməyi səbirlə öyrətmirlər? Onların bu təhlükəli həvəslərini xoş qarşılamaq, razılaşmaq anlayış sayılır?”

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış aparıcı Cəlalə Nəzəroğlu bildirib.

 

C.Nəzəroğlu qeyd edib ki, belə olan halda hər an bədbəxt hadisə baş verə bilər: “Bir az məsuliyyətli olmaq lazımdır. Avtomobil hansısa qohuma özünü göstərmək, qonşunun ”bağrını çatlatmaq” üçün deyil!”

 

Kənan

Tarix: 2 Dekabr 2022, 08:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin