BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspertlər arasındakı qalmaqalın kamera arxası görüntüləri

Xəbər verdiyimiz kimi, "Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində ekspertlər - vəkil Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında dava düşüb.

 

Sözügedən proqramın növbəti buraxılışda efirdən əvvəl də onlar arasında gərginlik yarandığı bildirilib və həmin görüntülər izləyicilərə təqdim olunub.

 

Yayımlanan kadrlarda A.Vəziroğlunun Ş.Nağıyevaya yaxınlaşaraq onunla mübahisə etdiyi, ona qarşı nalayiq ifadələr işlətdiyi diqqət çəkib. Həmin kadrlarda isə vəkil A.Vəziroğlunun üstünə su atıb. Studiada olan şəxlər isə şairin vəkilə qarşı eyni əməli törətməsinin qarşısını alaraq onu oradan uzaqlaşdırıblar.

 

Qeyd edək ki, canlı yayım zamanı Vəziroğlu Ş.Nağıyevanın üzərinə su atıb.

 

Axsam.az

Tarix: 2 Dekabr 2022, 01:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin