BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrükdə yarım milyon manatlıq telefonla tutulan əcnəbidən xəbər var

Qaçaqmalçılıqda təqsirləndirilən Mirza Daudovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu ilin fevralında Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi "Volvo FH12" markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmiş -14 ədəd "iPhone 12 Pro", 62 ədəd "iPhone 13", 22 ədəd "iPhone 13 Pro", 71 ədəd "iPhone 13 Pro Max markalı mobil telefonlar aşkar olunub.

 

Xatırlatma: Ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457300 (dörd yüz əlli yeddi min üç yüz) manat təşkil edir.

 

Kamal Məmmədov

Tarix: 2 Dekabr 2022, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin