BURADA REKLAMINIZ OLA
BİLƏR

“Psixoloji əsəbi qadını cəlbedici qalmaqal şousu yaratma xatirinə televiziyaya çıxarmağın indiki nəticəsi olmalı idi”

“Bu, qalmaqallı video-epizoda (“Təsir dairəsi” verilişində baş verənləri nəzərdə tutur-red) baxdım. Məsələ barədə heç dərin analizə də ehtiyac olmadan məntiqlə səbəbi ortaya qoymaq olur. Həminki o bəy kimdirsə, onun bir dəfə də olsa, televiziyalarda qalmaqal yaratdığı görünməyib. Ancaq Şəfiqə xanım, hüquqşünas adlanan görün ki, neçənci dəfədir belə verilişlərində müxtəlif insanlarla skandallar yaradır. Tərəf müqabilini təhqir etmə sanki, bu qadının danışıq normasıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay bildirib.

İ.Altay qeyd edib ki, Ş.Nağıyeva dəfələrlə ifrat, kəskin davranışı ilə bu cür də qarşıdurma halı yaradıb: “Hamı da bunun şahidi olub. Belə halda, bir gün birisini halından çıxarıb özünə qarşı cavaba sövq etməli idi, təbii ki. O da oldu və necə deyərlər, "su qabı suda da sınmalı idi". Belə psixoloji əsəbi qadını cəlbedici qalmaqal şousu yaratma xatirinə televiziyaya çıxaran televiziya rəhbərləri guya bilmirdilərmi, bu cür, "yetənə yetib, yetməyənə daş atmağın" bir gün, indiki və bundan da daha ağır nəticəsi ola bilər?! Bu emosional səhhət durumundakı yaşlı ağbirçək Azərbaycan qadınından belə sui-istifadə olar?  Nə yaraşır bu səpkili yolla qazanılan divident?”

 

Kənan

Tarix: 2 Dekabr 2022, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin