BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Quliyev: “Mirzoyan zarıyıb ki, bəs Azərbaycan bizim 140 kv.km. suveren ərazimizi işğal edib...”

“Ermənistanın xarici işlər naziri Mirzoyan Lodzda (Polşa) keçirilən nazirlər forumunda zarıyıb ki, bəs Azərbaycan bizim 140 kv.km. suveren ərazimizi işğal edib, neçə min qaçqınımız var, iqtisadiyyatımıza böyük zərər dəyib. Tanış mənzərədir. Biz də otuz ilə yaxın durmadan 20 faiz və 1 milyon rəqəmlərini (ərazi itkisi və qaçqın sayı) təkrarlayardıq. Həm də ermənilər kimi uydurma danışmırdıq. Onlarla dövlət və beynəlxalq təşkilat erməni işğalının dəhşətli nəticələrini gözləri ilə görmüşdü və bu gün də görməkdə davam edir. Amma hamı  "А Васька слушает, да ест" prinsipi ilə hərəkət edirdi. Zamanı çatanda son sözü Azərbaycan əsgəri dedi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib.

 

V.Quliyev qeyd edib ki, ermənilərin hansı ladda zarımasından asılı olmayaraq heç kim gəlib onların əvəzinə vuruşmayacaq: “Vaska əvvəlki kimi yeyəcək və bir qulağından alıb o biri qulağına verəcək. Ordumuz daha qüdrətli, sözümüz daha ötkəm olmalıdır”.

 

Kənan

Tarix: 2 Dekabr 2022, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin