BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Səbuhi Məmmədlidən xəbər var

“Sol ayağım amputasiya olundu, həkimlər qanqrenanın qarşını aldılar, çox sağolsunlar. Müalicəm intensiv davam edir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında jurnalist Səbuhi Məmmədli deyib.

 

O bildirib ki, böyrəklərində kreatinin səviyyəsi hələ də çoxdur: “Bunun müalicəsi davam edir. Hələ ki xəstəxanadan buraxmaları tezdir. İndi cərrah gələcək, yəqin ki, xəstəxanadan çıxmağım bu ayın ortalarını çəkəcək. Bütün həmkarlarıma dəstəkləri üçün minnətdaram...”

 

Xatırlatma: Jurnalist Səbuhi Məmmədlidə şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə dializ alır. Hazırda müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir.

 

Aytəkin Qardaşova

Tarix: 2 Dekabr 2022, 13:12   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin