BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bilmirik hara, kimə müraciət edək…” - Arif Qulyevin həyat yoldaşı

“Çox istəyirik ki, Arifin adı əbədiləşdirilsin. Bununla bağlı bilmirik hara, kimə müraciət edək…”

 

Bunu mərhum Xalq artisti, tanınmış aktyor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva deyib.

 

O, həyat yoldaşının yaşadığı binanın söküldüyünü və buna görə Arif Quliyevin yaşadığı binaya onun adının verilməsinin mümkünsüz olduğunu bildirib:

 

“Ailəlikcə arzumuz bu idi ki, Arifin barelyefi uzun illər yaşadığı binaya vurulsun və adı əbədiləşdirilsin. Bununla bağlı əlaqədar qurumlara da müraciət etmişdik. Amma bizim yaşadığımız bina sökülür. Bizə də cavab verildi ki, bina söküldüyü üçün bu, mümkünsüzdür. Buna görə də istəyirik heç olmasa, Arifin adı hansısa bir küçəyə verilsin. Fərq etməz hansı küçə, təki adı əbədiləşdirilsin. Amma bilmirik bunun üçün hansı quruma müraciət edək. Arif Quliyevlə bağlı başqa bir istəyimiz yoxdur, çünki dövlətimiz sağ olsun, hər şey edib. Bir tək istəyimiz onun adının əbədiləşdirilməsidir”./Yenicag.az

Tarix: 3 Dekabr 2022, 00:22   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin