BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafa RİH: Rayonun parkında iaşə obyektləri 15-20 il əvvəl tikilib

Ağstafa Rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri Leyla İsayeva icra başçısı ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, L.İsayeva yazıların həqiqətəuyğun olmadığını deyib.

 

““Ağstafada Heydər Əliyev Parkı “özəlləşdirildi” adlı yazısına cavab olaraq qeyd etmək istəyirəm ki, həmin iaşə obyektləri  15-20 il əvvəl  tikilib.

“Parkda yerləşən “Gənclər mərkəzi” çayxana kimi fəaliyyət göstərir və hər ay başçıya 800 manat haqq ödəyir. Parkın başqa bir tərəfində qoyulan səyyar iaşə obyekti və atraksionlar da hər ay başçının xəzinəsinə 500 manat haqq verir.”...” meydança məqsədli şəkildə bank tikintisi üçün 70 min manata satılıb” kimi yazıları  Ağstafa Rayon İcra Hakimiyyətinin adına xələl gətirdiyinə, həmçinin, yazılanların  cinayət xarakteri daşıdığına görə sübut olunmadığı təqdirdə lazımı yerlərə məlumat verilib, araşdırılması və günahkarın cəzalandırılması tələb ediləcək” – deyə qeyd olunub.

 

 

Tarix: 26 Noyabr 2019, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin