BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşlardan birini öldürüb, digərini yaralayan şəxsə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Maksim Əhmədov cəzasının ilk 1 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: 2021-ci il dekabrın 8-i saat 13 radələrində Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisində kənd sakinləri - Ənvər Alırzayevin öldürülməsi, qardaşı Fərman Alırzayevə isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla 1981-ci il təvəllüdlü Maksim Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla həmkəndlisi, 1964-cü il təvəllüdlü Ənvər Alırzayevə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı 1960-cı il təvəllüdlü Fərman Alırzayevə isə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

 

Maksim Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 3 Dekabr 2022, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin