BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 9 yaşlı uşağı vuraraq öldürən sürücülük vəsiqəsi olmayan şəxsdən xəbər

Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Nizami Rəhimlinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin sentyabrın 1-də Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda qeydə alınıb.

 

Paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Sadıxova Könül Samir qızını vurub.

 

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

 

Qəza törətməkdə şübhəli bilinən Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 3 Dekabr 2022, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin