BURADA REKLAMINIZ OLA
BİLƏR

Elnur Əliyevin yerinə o təyin olundu

Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.

 

Qeyd olunub ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinin icrası şöbə müdirinin müavini Elmir Ağayeva həvalə edilib.

 

Xatırladaq ki, bir müddət əvvəl DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Nazir müavini Elnur Əliyev tutduğu vəzifədən azad olunub. Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib.

 

APA

Tarix: 3 Dekabr 2022, 12:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin