BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcabədidə qanlı cinayət: Kişi sinəsindən bıçaqlandı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

 

Belə ki, Ağdam rayon sakini Məmmədov Tural Ramiz oğlu mübahisə zəminində Təzəkənd kənd sakini Cəfərzadə İlqar Kərim oğlunun döş nahiyəsindən iki bıçaq zərbəsi endirib.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 3 Dekabr 2022, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin