BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xərçəngə tutulan Zeynəb Həsəni: "21 şüa qəbul etdim"

"İndi vəziyyətim yaxşıdır. Demək olar ki, xəstəliyini böyük bir qismi geridə qaldı. Hazırda müalicə olunuram. Hələ 5 il də bu müalicə davam etməlidir".

 

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni deyib. "Zaurla Günaydın" verilişinə dəvət olunan sənətçi 21 şüa qəbul eydiyini etiraf edib:

 

"Məndə xəstəlik sinə tərəfdədir. Əsasən şüa qəbul edirdim. Bu günə qədər 21 şüa götürdüm. Hər gün 5 dəqiqə şüa qəbul edirdim. Orada məndən başqa xəstələr də var idi. Baxırdım ki, ən yüngül xəstəlik məndədir".

 

Xatırladaq ki, bu ilin iyulun 28-də Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlanıb. O, Türkiyədə əməliyyat olunub.

Tarix: 3 Dekabr 2022, 17:24   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin